Tramp “superkəşfiyyat” texnologiyalarını dəstəkləyəcəyini açıqladı


ABŞ Prezidenti Donald Tramp “superkəşfiyyat” texnologiyalarının inkişafını dəstəklədiyini və bu sahədə çalışan ştatlarla əməkdaşlıq edəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında “super zəka” texnologiyaları ilə bağlı paylaşım edib.

O, ABŞ-da bu texnologiyalara sahib olan və onlardan faydalanmaq istəyən bir sıra ştatlarla işləyəcəyini vurğulayıb.

Tramp sözügedən texnologiyaların böyük iqtisadi dəyərə malik olduğunu qeyd edərək, “Yalnız axmaq bir administrasiya superkəşfiyyatın gətirdiyi sərvətə yox deyər”, – deyə bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ