Bu ölkə Ermənistana minlərlə dəqiq raket GÖNDƏRDİ


Hindistan Ermənistana daha əvvəl satın alınan "Pinaka" yaylım atəşli raket sistemləri (YARS) üçün min ədəd idarəolunan raket tədarük edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə İrəvan və Nyu-Dehli arasındakı hərbi sövdələşmələri mütəzəm işıqlandıran "Indian Defence Research Wing" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, idarəolunan raketlərin ilk partiyası "Solar Defence and Aerospace Limited" şirkətinin istehsalat müəssisəsindən artıq göndərilib.

Ermənistan "Pinaka" reaktiv sistemlərini son 2-3 il ərzində əldə edib.

İki ölkə arasında bağlanan bu hərbi müqavilənin ümumi dəyəri təxminən 210 milyon dollar təşkil edir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ