Trampın gördüyü işlər açıqlandı - Siyahıda Azərbaycan da var


Ağ Ev ABŞ-dakı prezident seçkilərinin ildönümü ilə əlaqədar Donald Trampın inauqurasiyadan sonra 10 ay ərzində gördüyü işlərə dair məlumat yayıb.

Turkustan.az-ın məlumatına görə, məqalədə Trampın daxili və xarici siyasəti, ticarət danışıqları, tariflər, immiqrasiya siyasəti ilə bağlı vədləri və onların icrası ilə bağlı atılan addımlar qeyd olunub. Bildirilib ki, Tramp son 10 ayda Ermənistanla Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif yerlərində səkkiz münaqişədə sülhə nail olmaq üçün uğurlar qazanıb.

Bildirilib ki, ABŞ lideri NATO ölkələrindən müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaq barədə razılıq əldə edib.

Məlumata əsasən, Prezident Tramp ABŞ-ı XXI əsrin təhdidlərindən qorumaq üçün “Qızıl Qübbə” raketindən müdafiə sisteminin tikintisi və tətbiqi layihəsini elan edib.

Qeyd olunur ki, vəzifəyə başladığı gündən bəri Tramp administrasiyası 150 mindən çox qanunsuz immiqrantı həbs edib, 139 mindən çox qanunsuz immiqrantı isə deportasiya edib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ