Azərbaycan istədiyini aldı, Ermənistanın əlinə isə daha bir kağız parçası verdilər.
Turkustan.az xəbər verir ki, bu sözləri erməni politoloq Anjela Əlibəyova 8 avqustda Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən Ağ Evdə imzalanan Birgə Bəyannamə haqda qeyd edib.
“Azərbaycan Ermənistan ərazisindən maneəsiz tranzit alıb, Ermənistan isə əvəzində Azərbaycan ərazisindən heç nə almadı.
Azərbaycan ABŞ-ın hərbi yardımla bağlı məhdudiyyətlərinin götürülməsinə nail oldu; Ermənistan əsirlərin (Qarabağ separatçıları) qaytarılması ilə bağlı heç bir zəmanət almadı.
Azərbaycan Minsk Qrupunun buraxılmasına nail oldu; Ermənistanın məcburi köçkün olan Qarabağ ermənilərinin öz evlərinə qayıtması üçün heç bir zəmanət əldə etmədi”, - o yazıb. /bakupost.az/