Şibiqa: Ukrayna Polşa ilə dürüst və qarşılıqlı faydalı tərəfdaşlığa hazırdır


Ukrayna Polşa ilə münasibətləri bərabərlik, dürüstlük və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf etdirməkdə qərarlıdır və onların siyasiləşdirilməsindən imtina etməyə çağırır.

Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Nazir qeyd edib ki, hazırkı mərhələdə Polşa ilə münasibətlərdə emosiyalardan uzaq durmaq vacibdir. O, Ukraynanın məsuliyyətli tərəfdaş olduğunu və Avropa məkanının bir hissəsi kimi fəaliyyət göstərdiyini vurğulayıb.

Sibiqa əlavə edib ki, tarixin çətin səhifələri və ikitərəfli münasibətlərdəki mürəkkəb məqamlar Avropanın bir çox ölkəsi üçün xarakterikdir. Onun sözlərinə görə, hər hansı gərginlik və mənfi tendensiyalar Rusiya tərəfinin maraqlarına xidmət edə bilər və bu vəziyyət Polşa ilə münasibətlərə də aiddir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ