Avropa Komissiyası tərəfindən hazırlanan yeni sxemə əsasən, Avropa İttifaqına üzv olmağa namizəd ölkələrə tam üzvlük əldə etməzdən əvvəl müəyyən iqtisadi imtiyazlar verilə bilər, lakin siyasi hüquqlar istisna ediləcək.
Turkustan.az xəbər verir ki, “Politico” nəşrinin yaydığı məlumata görə, plan genişlənmə prosesini sürətləndirmək və eyni zamanda üzvlük standartlarını aşağı salmamaq məqsədi daşıyır.
Sənəddə qeyd olunur ki, Avropa Komissiyası namizəd ölkələrə Aİ-yə qoşulmazdan əvvəl daha geniş iqtisadi inteqrasiya imkanları təqdim etməyi nəzərdən keçirir. Bu yanaşma “tədricən inteqrasiya” prinsipi əsasında həyata keçiriləcək.
Məlumata görə, təşəbbüs çərçivəsində üzvlük danışıqları davam edən ölkələrə mərhələli şəkildə Aİ bazarına daha geniş çıxış imkanı verilə bilər. Bu isə həmin ölkələrin iqtisadi baxımdan bloka daha sıx inteqrasiyasını nəzərdə tutur.
Aytən Yaşar/ Turkustan.az