Pezeşkian türk ağılarının müşayiəti ilə sinəsinə döyərək yas tutdu


İran Prezidenti Məsud Pezeşkian Aşura gecəsi Urmiyada yerləşən Həzrəti Əli bin Musa əl-Riza məscidində keçirilən yas mərasimində iştirak edib.

Turkustan.az xəbər verir ki, İran dövlət mediasının yaydığı görüntülərdə Pezeşkianın qara yas geyimində vətəndaşlarla birlikdə, türk mərsiyələrinin də səsləndiyi mərasimdə yer aldığı görünür.

Prezident digər iştirakçılarla çiyin-çiyinə irəliləyərək şiə ənənəsində “latmiye” və ya “matəm” kimi tanınan mərasim çərçivəsində sinəsinə ritmik şəkildə vurararaq yas mərasimində iştirak edib.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin nəvəsi Həzrət Hüseyn və onun 72 tərəfdarının 680-ci ildə Kərbəlada şəhid edilməsinin ildönümü münasibətilə İslam dünyasında, xüsusilə də şiə icmalarında anım mərasimləri keçirilir.

İslam təqviminə görə Məhərrəm ayının 10-cu gününə təsadüf edən Aşura günü, İmam Hüseynin Kərbəlada şəhid edilməsini yad etmək üçün ən önəmli matəm günlərindən biri hesab olunur. İranda bu gün münasibətilə hər il milyonlarla insanın iştirakı ilə geniş mərasimlər təşkil edilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ