İsrail məhkəməsi Baş nazir Benyamin Netanyahunun ABŞ-a planlaşdırılan səfəri səbəbilə onun korrupsiya ilə bağlı məhkəmə iclasının gələn həftə təxirə salınmasına razılıq verib.
Turkustan.az xəbər verir ki, “The Times of Israel”in məlumatına görə, İsrailin işğalı altında olan Şərqi Qüdsün Qüds Dairə Məhkəməsi Netanyahunun gələn həftə bazar ertəsi və çərşənbə günü keçirilməsi planlaşdırılan dinləmələrini təxirə saldığını açıqlayıb.
İyunun 29-da baş nazir Netanyahu Mossad-ın direktoru David Barnea və İsrail ordusunun Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) rəhbəri Şlomi Binderin iştirak etdiyi planlaşdırılmamış gizli dinləmədən sonra məhkəmə işi bu həftə təxirə salıb.
Aytən Yaşar/ Turkustan.az