İngiltərə ABŞ-dan fərqli olaraq Ukraynaya silah yardımını dayandırmadı - Guardian


ABŞ-ın sursat tədarükünü dayandırmaq qərarına baxmayaraq, Britaniya Ukraynanı silahla təmin etməyə davam edir.

Turkustan.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Britaniya rəsmilərinə istinadən məlumat yayıb .

Nəşrin yazdığına görə, Avropa ölkələri Qərbin Ukraynaya silah tədarükü məsələsində “boşluqları doldurmağa” çalışır, lakin etiraf edirlər ki, Amerika silahları “mövcud döyüş sursatı məhsulunun qaymaqlarını təmsil edir” və ən çox Kiyevə lazımdır.

Bundan əvvəl “The New York Times” ABŞ-ın Ukraynaya “Patriot” kəsici raketləri, GMLRS dəqiqlikli döyüş sursatları, “Hellfire” idarə olunan raketləri, “Stinger” insan daşına bilən raket sistemləri və bir sıra digər silahların tədarükünü dayandıracağını bildirmişdi. Bütün bunların fonunda Ukrayna Xarici İşlər Nazirliyi tədarükün dayandırılması ilə bağlı məlumatı müzakirə etmək üçün artıq ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Con Qinkeli çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ