Mədəniyyət Komitəsinin sədri növbəti qəbul keçirib


Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Novruz bayramı öncəsi növbəti vətəndaş qəbulu keçirib.

Tanınmış şairlər - "Azərbaycan" jurnalının şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, Yazıçılar Birliyi Mərkəzi Qərargahında ədəbi işçi Güləmayıl Murad (İsayeva), Aşıq Kəmalə Mehdiyeva, şəhid İlqar Məmmədovun anası Şərifə xanım Sadıxova, ehtiyatda olan hərbçilər Emil Babayev, Bəxtiyar Hümbətov və b. ilə görüşən Komitə sədri, onları ətraflı dinləyib, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb.

Fazil Mustafa Mədəniyyət Komitəsində mədəni irslə, ümumən mədəniyyət, incəsənət fəaliyyəti ilə bağlı aparılan müzakirələr, Milli Məclisdə qəbul edilən müvafiq qanunlar, qanunlara əlavə və düzəlişlər haqqında görüş iştirakçılarına məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Komitə sədri görüş iştirakçılarını Novruz bayramı ilə bağlı təbrik edib, ən xoş diləklərini yetirib.

Şair Qəşəm Nəcəfzadə və Gülamayıl Murad öz kitablarını Komitə sədri üçün imzalayıb.

No description available.

No description available.

No description available.


MANŞET XƏBƏRLƏRİ