HƏMAS-dan atəşkəs bəyanatı


HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayya, HƏMAS-ın 2 həftə əvvəl təqdim etdiyi, atəşkəs və əsir mübadiləsini ehtiva edən təklifə İsraildən cavab aldıqlarını və bunu araşdıracaqlarını bildirdi.

Turkustan.az xəbər verir ki, Misir və Qətər İsrail və HƏMAS arasında atəşkəs və girov razılaşması əldə etmək üçün diplomatik səylərini davam etdirir. Qətərdə olan Həmas Siyasi Bürosunun üzvü Halil əl-Həyya açıqlamasında 2 həftə əvvəl HƏMAS-ın təqdim etdiyi atəşkəs və əsir mübadiləsini ehtiva edən təklifə İsraildən cavab aldıqlarını və bunu araşdıracaqlarını açıqladı. Əl-Həyyə deyib : “Həmas aprelin 13-də Misir və Qətər vasitəçilərinə çatdırdığı təklifə sionist işğalçıların rəsmi cavabını bu gün alıb”.

Dünən HƏMAS Hərəkatından edilən yazılı açıqlamada, “ Bir daha bildiririk ki, xalqımızın istək və hüquqlarına həqiqətən toxunan hər hansı təklifi nəzərdən keçirməyə hazırıq. Bunlara davamlı atəşkəs, işğalçı qüvvələrin (İsrail) tamamilə çıxarılması, köçkünlərin Qəzzada qeyd-şərtsiz öz evlərinə qayıtması, hərtərəfli yenidənqurma səyləri, blokadanın dayandırılması və əsas humanitar yardımın təmin edilməsi daxildir. “Biz həmçinin Fələstin xalqının öz müqəddəratını təyinetmə və paytaxtı Qüds olan müstəqil dövlətin yaradılması da daxil olmaqla, qanuni hüquqlarını təmin etmək səylərimizin bir hissəsi kimi mənalı məhbus mübadiləsi sazişinə doğru irəliləməyin vacibliyini vurğulayırıq ”.

HƏMAS aprelin 13-də İsraillə atəşkəs təklifinə cavabını Misir və Qətərə göndərdiyini açıqlayıb.

Digər tərəfdən, Qətər mediası dünən Misirdən bir nümayəndə heyətinin atəşkəs və girov razılaşması üçün İsrailə getdiyini və bu heyətə Misir Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamelin başçılıq etdiyini bildirib. Kamelin İsrail xarici kəşfiyyatı MOSSAD prezidenti David Barnea və İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Hanegbi ilə görüşəcəyi bildirilib. Misir rəsmisi Kamelin Qəzzada uzunmüddətli atəşkəs üçün İsraillə “yeni baxış”ı müzakirə etməyi planlaşdırdığını bildirib. Misir rəsmisi bəyan etmişdi ki, keçiriləcək danışıqlarda ilkin olaraq HƏMAS-ın fələstinli məhbuslarla məhdud girov mübadiləsi və məcburi köçkün fələstinlilərin minimum məhdudiyyətlərlə Qəzzanın şimalına qayıtması müzakirə olunacaq. Rəsmi qeyd edib ki, vasitəçilər hər iki tərəfin əsas tələblərinin əksəriyyətinə cavab verəcək kompromis üzərində işləyirlər.

İsrail mediası bəyan etmişdi ki, İsrailin hərbi kabineti İsrailin danışıqlar qrupuna Misir nümayəndə heyəti ilə görüşdə "daha çevik yanaşma" tətbiq etmək səlahiyyəti verib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ