Azay Quliyev Almaniyada səfərdə olub - FOTOLAR


19-24 aprel tarixlərində Milli Məclisinin üzvü, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev AFR XİN, Bundestaq və ATƏT PA-nın birgə təşkilatçılığı ilə Berlində keçirilmiş “Lansvayler Seminarı”nda iştirak etmək üçün Almaniyaya səfər edib.

Turkustan.az xəbər verir ki, səfər çərçivəsində Bundestaq deputatları ilə keçirilmiş ikitərəfli görüşlərdə Azərbaycan və Almaniya arasında əməkdaşlığın parlament ölçüsü, Azərbaycan ilə Ermənistan arasında post-münaqişə vəziyyəti və sülh prosesi, enerji keçidi, regional nəqliyyat layihələri, qlobal iqlim fəaliyyəti və bağlantılar kimi aktual mövzular üzrə müzakirələr aparılıb.


MANŞET XƏBƏRLƏRİ