"Ölkə Prezidenti həmin qüvvələrə layiq olduqları cavabı verir" - Millət vəkili


“Hazırda qlobal əhəmiyyət daşıyan bir sıra problemlərin həllində aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 21 il ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”.

Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin 24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı haqqında fikirlərini Turkustan.az-a bölüşərkən söyləyib.

Millət vəkili bildirib ki,hərbi-siyasi müstəvidə sərgilədiyi qələbələr sayəsində Azərbaycanın beynəlxalq nüfuzunun, çəkisinin daha da artması, mövqelərinin güclənməsi bədxahlarımızı, o cümlədən Ermənista­nı da qıcıqlandırır. Avropanın haypərəst dairələrinin başlatdığı anti–Azərbaycan kampaniyası – “səlib” yürüşü özünün siyasi pik nöqtəsinə çatıb: “Azərbaycanın diplomatik uğurları, irəli sürdüyü təşəbbüslərin, Prezident İlham Əliyevin dünya ölkələrinə ünvanladığı çağırışların beynəlxalq arenada müsbət rezonans doğurması, xüsusilə də Azərbaycanın COP29-a evsahibliyi edəcəyi erməni lobbisini, xaricdəki ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Bu haqda cənab Prezident deyir: “Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük. Üzləşə biləcəyimiz yeganə potensial risklər xaricdən gələ bilər. Onda biz nə etməliyik? Biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlamalıyıq. Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistan baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik”.

Forumdakı çıxışında bölgədə sabitliyin pozulması üçün edilən kənar cəhdlərə də toxunan dövlətimizin başçısı Fransa, Hindistan və Yunanıstanın Ermənistanı bizə qarşı silahlandırdıqlarını, Azərbaycanın isə oturub gözləyə bilmədiyini diqqətə çatdırıb. A.Məmmədov qeyd edir ki, bu gün Azərbaycan ədalətə və səmimiyətə söykənən yolunu tutub irəli gedir: “Bütün işlərdə özünü ləyaqətlə aparan, milli maraqlarını hər şeydən üstün tutan xalqımızın və onun liderinin siyasi iradəsi qarşısında bütün bu cəhdlər bir-bir sıradan çıxır. Etibarlı və strateji tərəfdaşa çevrilən Azərbaycan beynəlxalq platformalarda da mövqelərini gündən-günə gücləndirir. Doğrudur, hazırda ölkəmizə qarşı Avropadan, okeanın o tayından müəyyən təzyiqlər edilir. Cənab Prezident həmin qüvvələrə qarşı olduqca uğurlu adekvat addımlar atır, onların layiq olduqları cavabı verir. Bu barədə ADA Universitetində keçirilən forumdakı çıxışında İlham Əliyev məntiqə və arqumentə söykənən açıqlamasında bu gün ədalətin də, gücün də Azərbaycanın tərəfində olduğunu bildirdi".

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ