Yalnız bir yol qalıb, Rusiya ilə razılaşmaq... - Vever


Avropa Birliyi hazırda Rusiyanı güzəştə getməyə məcbur edə bilmir və Moskva ilə danışıqlar aparmaq üçün üzv dövlətlərindən mandat almalıdır.

Turkustan.az xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Bart de Vever bildirib .

"Ukraynaya silah göndərməklə Vladimir Putini təhdid edə bilmədiyimiz və ABŞ-ın dəstəyi olmadan onu iqtisadi cəhətdən boğa bilmədiyimiz üçün yalnız bir yol qalıb: razılaşma əldə etmək", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Rusiya yalnız ABŞ-ın 100 faiz dəstəyi ilə təslim olmağa məcbur edilə bilər. /axar.az/


MANŞET XƏBƏRLƏRİ