Tanınmış aşıqla müğənni arasında QALMAQAL: “Şərəfsiz təlxək, and olsun...“


Aşıq Mübariz və müğənni Pünhan Piriyev arasında "TikTok"da söz davası başlayıb.

Turkustan.az gundem.az-a istinadla xəbər verir ki, tərəflər canlı yayım açaraq bir-birilərini çox pis ifadələrlə təhqir ediblər.

Aşıq Mübariz Pünhan Piriyevi yekəxana və səviyyəsiz adlandırıb:

“Belələrini yerində otuzdurmaq lazımdır. Ona-buna qoşulub ulayırsan. Sən müğənni deyilsən...”

"Mübarizin verilişdə mənim haqqımda danışdığı sözləri ciddiyə almadım, üstündən keçdim. Dedim, yaşlıdır. Mübariz, sən kimin üçünsə saz çalan ola bilərsən. Amma sən heç kimsən! Bunu deyirəm, arxasında da dururam. Sən sənətkarların ayaqlarının tozu da deyilsən, o sənətkarların çölə atılan dırnaqları da deyilsən, sən mənə diş batıra bilməzsən, şərəfsiz təlxək. Kişiliyimə and olsun, sənin dizini yerə ataram" - deyə Pünhan ona reaksiya verib.


MANŞET XƏBƏRLƏRİ