İsrailli jurnalist Edi Kohen ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyat üçün hazırlıq gördüyünü iddia edib. Onun sözlərinə görə, Yaxın Şərqə silah və hərbi texnikanın daşınması regionda gərginliyin artması ilə bağlıdır.
Turkustan.az xəbər verir ki, o, bu barədə son günlərdə ABŞ-ın regiondakı aktivliyi ilə bağlı danışarkən deyib.
Kohennin sözlərinə görə, ABŞ və İsrailin İrana mümkün hücum hazırlığı ilə bağlı iddialar son günlər beynəlxalq mediada da yer alıb.
“”CBS News”un noyabrın 20-də yayımladığı məlumata görə, iki ölkə yeni hərbi əməliyyat variantlarını nəzərdən keçirir, lakin yekun qərarın verildiyi təsdiqlənməyib. Amma hesab edirəm ki, hücum olacaq. Bu səfər hər şey fərqli ola bilər. Hazır olmaq lazımdır, hər an hər şey başlaya bilər”,- deyə o bildirib. /globalinfo.az/