Sançezə seçki zərbəsi: Müxalifət liderliyi ələ aldı


İspaniyada noyabrın 29-da keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində aparılan son sorğular sağçı müxalifət partiyalarının liderliyini göstərir.

Turkustan.az xəbər verir ki, Baş nazir Pedro Sançezin rəhbərlik etdiyi Sosialist İşçi Partiyası isə ikinci yerdə qərarlaşıb.

Seçkilərə sayılı günlər qalmış keçirilən sorğular sağçı Xalq Partiyasının (PP) üstünlüyünü ortaya qoyur. Nəticələr partiyanın ifrat sağçı Vox ilə müqayisədə daha yüksək dəstəyə malik olduğunu göstərir.

“El Pais”, “El Mundo”, “La Vanguardia”, “La Razon” və “El Espanol” kimi həm sol, həm də sağ siyasi baxışları təmsil edən aparıcı İspaniya media qurumlarının keçirdiyi sorğuların orta göstəricilərinə əsasən, PP-nin 2023-cü il seçkilərindəki 30,3 faizlik nəticəsini yaxşılaşdıraraq 30,3-31,9 faiz arasında səs toplayacağı proqnozlaşdırılır.

Baş nazir Pedro Sançezin rəhbərlik etdiyi Sosialist İşçi Partiyasının (PSOE) isə ikinci ən böyük siyasi qüvvə olaraq qalacağı gözlənilir. Hazırda azlıq hökumətinin əsas tərəfdaşı olan partiyanın dəstək səviyyəsinin 27,2-30,9 faiz arasında dəyişdiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ