Müəmmalı şəkildə itmiş gəmi 120 ildən sonra tapıldı


1904-cü ildə müəmmalı şəkildə yoxa çıxan SS Nemesis kömür gəmisi 120 ildən sonra Avstraliya sahillərində tapılıb.

Bildirilib ki, gəminin qalıqları onun itmiş yükünü axtaran şirkət tərəfindən təsadüfən okeanın dibində tapılıb.

SS Nemesis və onun 32 nəfərlik heyəti 9 iyul 1904-cü ildə Nyukasldan (Birləşmiş Krallıq) kömürlə yüklənərək yola düşdü.

73 metr uzunluğundakı gəminin təyinat yeri Melburn idi, lakin SS Nemesis səyahət zamanı itdi. Sonuncu dəfə Sidneyin cənubundakı Vollonqonq şəhərinin sahillərində dalğalarla mübarizə apararkən görülüb.

Sonrakı həftələrdə gəmidə olan bəzi avstraliyalı, britaniyalı və kanadalı ekipajın cəsədləri batan gəminin parçaları ilə birlikdə sahilə çıxıb.

O dövrdə ictimai marağın güclü olmasına baxmayaraq, SS Nemesis-in qalıqlarını tapmaq mümkün olmadı. Lakin 2022-ci ildə Sidney sahillərində itirilmiş yük konteynerlərini axtaran şirkət okeanın dibində gəminin qalıqları ilə qarşılaşıb.

SS Nemesis-in sahildən 26 kilometr aralıda və 160 metr dərinlikdə yerləşdiyi qeydə alınıb.

Birlik Elmi və Sənaye Tədqiqat Təşkilatı (CSIRO) köhnə fotoşəkilləri və ağır zədələnmiş gəminin çertyojlarını su altında çəkilmiş fotoşəkillərlə müqayisə edərək qalıqların SS Nemesis gəmisinə aid olduğunu təsdiqləyib.

Kəşfiyyatı həyata keçirən şirkətin baş meneceri Ed Korber deyib: "Bu dağıntını tapmaq böyük şərəfdir. Bu, nəhayət, itkin düşmüş ekipajın ailələrinə bağlana bilər".

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ