Azərbaycanda faciə: Sınıqçı 2 yaşlı qızı masaj etdi, azyaşlı öldü


Biləsuvar rayonunda faciəvi hadisə baş verib.

Turkustan.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib.

Nəticədə 2 yaşlı N.Qubadlı ölüb.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ