Putinyönlü jurnalist Zoya Konovalova evində ölü tapıldı - FOTO


Rusiyada Putinyönlü jurnalist Zoya Konovalovanın keçmiş həyat yoldaşı ilə birlikdə evində ölü tapılması ölkədə şoka səbəb olub. Konovalovanın zəhərlənmiş ola biləcəyi iddia edilsə də, Rusiya İstintaq Komitəsi hadisənin şübhəli ölüm olduğunu və zəhərlənmə ehtimalının nəzərdən keçirildiyini bildirib. Konovalovanın yaxınları jurnalistin həyatı boyu narkotikdən istifadə etmədiyini iddia ediblər. Digər tərəfdən, jurnalistin ölümü Putin tərəfdarları arasında müəmmalı ölümlərə bir yenisini əlavə etdi.

Turkustan.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin kölgəsində rusiyayönlü lider Vladimir Putin jurnalisti Zoya Konovalovanın keçmiş əri ilə qaldığı evdə ölməsi ölkə gündəmini bomba kimi vurub. Rusiya İstintaq Komitəsi jurnalist Konovalovanın zəhərlənməsi ehtimalını nəzərdən keçirdiklərini açıqlayıb.

Bu, Putin tərəfdarları arasında müəmmalı ölümlərə bir yenisini əlavə etdi. Jurnalist Zoya Konovalova keçmiş həyat yoldaşı ilə Rusiyanın Krasnodar şəhərindəki evində ölü tapılıb.

Hadisə ilə bağlı araşdırma başlatan Rusiya İstintaq Komitəsi Konovalovanın zəhərlənə biləcəyini açıqlayıb və cəsədlərin yanında "toz maddə" tapıldığını açıqlayıb. Komitə hadisənin şübhəli ölüm olduğunu və zəhərlənmə ehtimalını nəzərdən keçirdiklərini bildirib.

Digər tərəfdən, Konovalovanın həmkarları və yaxınları məşhur jurnalistin həyatı boyu narkotikdən istifadə etmədiyini əsas gətirərək bu iddiaları rədd ediblər.

Keçmişdə VGTRK-nin önəmli simalarından olan Vladimir Solovyova qarşı sui-qəsd, Rusiya lideri Putinin sevdiyi qəzetlərdən biri olan “Komsomolskaya Pravda”nın baş redaktor müavini Anna Tsarevanın şübhəli ölümü olub. Tsarevanın keçmiş rəhbəri Vladimir Sunqorkin ötən il ürək tutmasından vəfat edib.

Gazeteci Zoya Konovalova

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ