Ermənistan və Türkiyə Marqara sərhəd-keçid məntəqəsi istiqamətində ikinci körpünün tikintisini planlaşdırırlar.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında ölkənin xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, hər iki tərəf sərhədin açılmasını real hesab edir. Bundan əlavə, Axurik (Qarakilsə) və Yerasx (Arazdəyən) istiqamətlərində dəmir yolu qovşaqlarının təmiri nəzərdə tutulur. Sərfəli qiymətə məhsullar
Ermənistanın baş naziri Nikol Paşinyan isə əlavə edib ki, sərhəd məsələləri ilə bağlı Azərbaycanla, körpünün və daha böyük gömrük məntəqəsinin tikintisi ilə bağlı İranla, buraxılış imkanlarının artırılması məsələsində isə Gürcüstanla danışıqlar aparılır./Oxu.az