Rusiya bütün atəşkəs təkliflərini rədd etdi - Zelenski


Rusiya atəşkəslə bağlı hər hansı təklifi qəbul etməkdən imtina edir. Bu il ərzində Moskva bütün atəşkəs təşəbbüslərini rədd edib.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Berlində keçirilən “Könüllülər Koalisiyası”nın iclasından sonra təşkil olunan mətbuat konfransında deyib.

“Bunlar sadəcə sözlər deyil. Rusiya il ərzində bütün deeskalasiya təkliflərini rədd edib. Müxtəlif tərəfdaşlar bu məsələ ilə bağlı Rusiyaya müraciət ediblər, lakin Putin bütün təkliflərdən imtina edib”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiyaya Qara dənizdə gərginliyin azaldılması, enerji sahəsində deeskalasiya və digər atəşkəs formatları ilə bağlı təkliflər təqdim olunub.

“Rusiya bütün bu təkliflərə eyni cavabı verdi – imtina etdi”, – deyə Ukrayna Prezidenti əlavə edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ