Bakıda xalq artistinin oğlu döyüldü


Bakıda mərhum xalq artisti Yuri Balıyev və əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyevin döyülməsi ilə bağlı bir nəfər saxlanılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O bildiib ki, baş verəninsidentlə əlaqədar ərazi üzrə polis şöbəsində zərərçəkən A.Balıyevin izahatı alınıb.

Qeyd olunub ki, aralarında yaranan mübahisə zamanı A.Balıyevə xəsarət yetirməkdə şübhəli bilinən T.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ