Məşhur sosial media fenomeni saxlanıldı! İttihamlar ciddidir


Cinsini dəyişdirmə əməliyyatı ilə tanınan sosial media ulduzu Mika Raun Can həbs edilib.

Turkustan.az xəbər verir ki, məlumata görə, Raun İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində "ictimaiyyət arasında nifrət və düşmənçilik yaratmaq və onları təhqir etmək" və "narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etmək" ittihamları ilə üzləşir. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan əməliyyatlar nəticəsində saxlanılan Raun hazırda İstanbul Polis İdarəsində dindirilir.
Mika Can Raun kimi tanınan sosial media fenomeninin əslində adı Mika Candır. 9 iyul 2001-ci ildə İstanbulun Büyükada şəhərində anadan olan Raunun anası Şanlıurfadan, atası isə Büyükadanın yunan əsilli sakinidir. Özünün dediyinə görə, bu, onun erkən yaşlarından şəxsi və bədii baxışlarını formalaşdırıb.

Mika Can Raun TikTok-da paylaşdığı qısa videolar vasitəsilə sosial mediada tanınmağa başlayıb. Əsasən gündəlik həyata və məzmunundakı yumoristik elementlərə diqqət yetirən Raun tədricən platformada daha geniş izləyici kütləsi qazanıb. Son illərdə onun kosmetik əməliyyatları və cinsiyyət dəyişikliyi prosesini ictimai paylaşımı sosial mediada tez-tez müzakirə mövzusuna çevrilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ