Zaxarova: Türkiyə ilə dialoq beynəlxalq təhlükəsizliyə töhfə verir


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə ilə aparılan dialoqun beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verdiyini bildirib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, Türkiyə geniş spektrli ikitərəfli və beynəlxalq məsələlər üzrə Rusiya ilə konstruktiv dialoq aparan mühüm tərəfdaşdır.

Zaxarova bu fikirləri Moskvada keçirdiyi həftəlik mətbuat konfransında səsləndirib.

ABŞ-ın İrandakı etirazlar fonunda yüksək vəzifəli İran rəsmiləri və hərbi komandirlərə qarşı mümkün hücumlar planlaşdırdığına dair iddialarla bağlı sualını cavablandıran Zaxarova Rusiyanın mövqeyinin dəyişmədiyini vurğulayıb.

Onun sözlərinə görə, Moskva ilə Tehran arasında davam edən intensiv siyasi dialoq çərçivəsində İranda baş verən proseslərin müxtəlif aspektləri müzakirə olunur. Zaxarova əlavə edib ki, Rusiya bölgədə vəziyyətin sağlam düşüncə və diplomatik yanaşma əsasında inkişaf edəcəyinə ümid edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ