İsrail ordusu Livanın cənubunda hücumlarını davam etdirir. İsrail 2024-cü ilin noyabr ayında Livanla əldə edilən atəşkəs razılaşmasını pozmaqda davam edir.
Turkustan.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, Sur (Tir) şəhəri yaxınlığındakı Sadikayn qəsəbəsində bir nəqliyyat vasitəsi İsrailə məxsus pilotsuz uçuş aparatı tərəfindən hədəfə alınıb. Hücum nəticəsində bir nəfər həlak olub.
Eyni zamanda, NNA bildirir ki, İsrailə aid bir pilotsuz təyyarə naməlum səbəbdən Livanın cənubundakı Nəbatiyyə əyalətinin Rab Salasin qəsəbəsinə düşüb.
Gün ərzində İsrail dronlarının Livanın müxtəlif bölgələrində, xüsusilə də paytaxt Beyrut üzərində intensiv uçuşlar həyata keçirdiyi qeyd olunub.
Aytən Yaşar/ Turkustan.az