ABŞ prezidenti Donald Tramp ilk prezidentlik dövründə vergi məlumatlarının xəbər təşkilatlarına sızdırılması ilə bağlı ABŞ Daxili Gəlir Xidməti (IRS) və ABŞ Xəzinədarlıq Departamentinə qarşı məhkəmə iddiası qaldırıb.
Turkustan.az xəbər verir ki, Florida ştatının Cənub Rayon Məhkəməsinə təqdim edilən iddiaya əsasən, Trampın oğulları Erik Tramp və Donald Tramp kiçik, eləcə də Tramp Təşkilatı ABŞ Daxili Gəlir Xidməti və Xəzinədarlıq Departamentinə qarşı iddiaçı qismində çıxış edirlər.
İddiada vergi məlumatlarının qanunsuz şəkildə mediaya ötürüldüyü iddia olunur və bu səbəbdən Donald Tramp 10 milyard dollar məbləğində təzminat tələb edir.
Məhkəməyə təqdim edilən sənədlərdə bildirilir ki, məxfi vergi qeydlərinin sızdırılması maliyyə zərərinə, ictimai rüsvayçılığa və işgüzar nüfuza ədalətsiz zərər vurub, eyni zamanda qeydlərin təhrif edilməsi Tramp və digər iddiaçıların ictimai imicinə mənfi təsir göstərib.
Aytən Yaşar/ Turkustan.az