Venesuelada ümumi əfv elan ediləcək: İşgəncə həbsxanası bağlanır


Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ölkədə “ümumi əfv qanunu”nun tətbiq ediləcəyini və işgəncə iddiaları ilə gündəmə gələn El Helicoide həbsxanasının bağlanacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, paytaxt Karakasda məhkəmə ilinin açılış mərasimində çıxış edən Rodriges bildirib: “Venesuela üçün mühüm bir açıqlama vermək istəyirəm. Bu qərar daim əlaqə saxladığımız prezident Nikolas Maduro və onun həyat yoldaşı ilə birgə qəbul edilib. Ümumi əfv qanununun tətbiqinə qərar verdiyimizi elan edirəm”.

Rodriges əlavə edib ki, müxalifət nümayəndələri və bəzi qeyri-hökumət təşkilatları tərəfindən işgəncə iddialarının mərkəzində olan El Helicoide həbsxanası da bağlanacaq. Onun sözlərinə görə, hazırda saxlama mərkəzi kimi fəaliyyət göstərən bu obyekt polis ailələri və ətraf məhəllə sakinləri üçün sosial, idman, mədəni və ticarət mərkəzinə çevriləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ