Xırdalan sakini qızdırmadan ŞOKA DÜŞÜB ÖLDÜ


Xırdalan sakini qızdırmadan ölüb.

Turkustan.az xəbər verir ki, sentyabrın 4-ü saat 17 radələrində Xırdalan şəhər sakini, 1974-cü il təvəllüdlü Eldəniz Zülfi oğlu Rəhimov qızdırma səbəbindən rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Sentyabrın 5-i saat 01 radələrində ona həkim tərəfindən təyin olunmuş iynə vurulub.

Lakin E.Rəhimovun qızdırması düşməyib və o koma vəziyyətinə girərək vəfat edib.

Faktla bağlı Abşeron rayon prokurorluğu tərəfindən araşdırma aparılır./lent.az


MANŞET XƏBƏRLƏRİ