Türkiyə Ukrayna münaqişəsinin həlli üçün ABŞ, Rusiya, Türkiyə və Ukrayna liderlərinin dördtərəfli görüşünü təşkil edə bilər.
Turkustan.az xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri Tom Barak NTV telekanalına müsahibəsində deyib.
"Prezident Trampın səbri tükəndi. Ümumiyyətlə, onun çox səbirli olduğunu söyləmək olmaz. Türkiyənin də prosesə qoşulması və bir sıra məsələlərin aradan qaldırılması ilə sammit görüşü baş tuta bilər. Və düşünürəm ki, problemin hər kəsə uyğun həllini tapa bilərik", - səfir bildirib.
Diplomat qeyd edib ki, mümkün “zirvə görüşü əsaslı olmalıdır”. "Orada qəbul edilən qərarlar təsirli olmalı və təhlükəsizlik təminatlarını ehtiva etməlidir. Türkiyə liderlərin bütün tərəflər üçün ağlabatan həll yolu tapmaq üçün müzakirə etməli olduqları məsələlərin dairəsini daraltmağa kömək edə bilər", - Barak deyib.
İyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlarla bağlı səfir qeyd edib ki, Türkiyə əsas rol oynaya bilər. "Bu mənasız müharibələr hamımız üçün fəlakətdir. Türkiyənin Rusiya və Ukrayna ilə əməkdaşlıq ənənəsi var ki, bu da ona mühüm dialoq qurmağa imkan verir", - diplomat bildirib.
Aytən Yaşar/ Turkustan.az