İsrail Azadlıq Donanmasına müdaxilə siqnalı verdi


İsrail ordusunun sözçüsü Effie Defrin mətbuata açıqlamasında Qəzzada İsrailin hücumları altında aclıqla mübarizə aparan fələstinlilərə humanitar yardım aparan gəmiyə qarşı tədbir görməyə hazırlaşdıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, QHT Azadlıq Donanması Koalisiyasının Qəzzaya qarşı blokadanı yarmaq və bölgəyə yardım çatdırmaq üçün təşkil etdiyi son missiya çərçivəsində 18 metrlik yelkənli “Madleen” gəmisi iyunun 1-də Kataniya şəhərinin San Giovanni Li Cuti limanından Qəzzaya doğru yola düşüb.

Yelkənli qayıqda isveçli fəal Qreta Tunberq və irlandiyalı aktyor Liam Kanninqem də daxil olmaqla 12 nəfər var.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ