59 yaşlı alman iş adamı Bernd Kebbel Namibiyada safaridə olarkən aslanın hücumu nəticəsində həyatını itirib.
Turkustan.az xəbər verir ki, həyat yoldaşı Konni və dostları ilə birlikdə lüks safari düşərgəsində qalan Kebbelin gecə tualetə getmək üçün çadırdan çıxdığı və həmin vaxt aslanın hədəfinə düşdüyü bildirilib.
Hücum zamanı ağır yaralanan Kebbel boynundan aldığı dişləmə yarasından hadisə yerində dünyasını dəyişib.
Namibiyanın Ətraf Mühit, Meşə Təsərrüfatı və Turizm Nazirliyinin sözçüsü Ndeshipanda Hamunyela verdiyi açıqlamada, cümə günü səhər (30 may) Kebbel tualetdən istifadə etmək üçün çadırından çıxarkən aslan tərəfindən hücuma məruz qaldı.
Yerli media bildirir ki, düşərgədə olan digər insanlar aslanı qorxutmağa müvəffəq olub, lakin Kebbel artıq həyatını itirib.
Aytən Yaşar/ Turkustan.az