Davamlı atəşkəsə doğru hərəkət Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunda əsas məsələlərdən biri olacaq.
Turkustan.az xəbər verir ki, bu fikirləri Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski “Rossiya-24” telekanalının efirində deyib .
"Dayanıqlı atəşkəsə doğru hərəkət [danışıqların] üçüncü raundunda əsas məsələlərdən biri olacaq. Çox güman ki, ayın sonunda orada, İstanbulda baş tutacaq", - Slutski bildirib.
O xatırladıb ki, Rusiya Ukraynaya atəşkəs üçün iki şərt təklif edib. "Birinci variant tezdir - Ukayna Silahlı Qüvvələri sadəcə olaraq Rusiya Federasiyasının dörd rayonunun ərazisini tərk edir. İkinci variant daha uzundur - Ukraynada səfərbərliyin başa çatması, Qərbin silah təchizatının dayandırılması, ikitərəfli monitorinq mərkəzinin yaradılması və s."-deyə, Duma komitəsinin rəhbəri izah edib.
Onun fikrincə, bu cür dəyişkənlik “kompromis əldə etməyin açarıdır”.
Aytən Yaşar/ Turkustan.az