Soğan suyunun möcüzəvi faydaları


Mətbəxlərin vazkeçilməz hissəsi olan soğan ləzzətli yeməklərlə yanaşı, sağlamlığımız üçün də mühüm qida mənbəyidir. C vitamini, B6 vitamini, fol turşusu və kalium kimi qiymətli komponentlərlə dolu olan soğan, xüsusilə qaynadılmış suyu ilə bir çox xəstəliyə yaxşı gəlir.

Mətbəxlərin vazkeçilməz hissəsi olan soğan ləzzət qatmaqla yanaşı, sağlamlığımıza da mühüm töhfələr verir. Xüsusilə qaynadılmış soğan suyu şəfa mənbəyi kimi görünür. Əsrlər boyu müalicəvi məqsədlər üçün istifadə edilən soğan suyunun elmi araşdırmalarla dəstəklənən 11 möcüzəvi faydasını təqdim edirik:

Soğan suyu təbii antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. Ürək xəstəlikləri riskini azaldır və ürək funksiyalarını dəstəkləyir.

Qaynadılmış soğan suyu baş dərisini qidalandıraraq saçların daha sürətli uzanmasına və güclənməsinə kömək edir. Saç tökülməsini azaldır və saçlara parlaqlıq verir.

Soğan suyunun tərkibində olan quercetin kimi komponentlər xərçəng hüceyrələrinin böyüməsinə maneə törədir. Daimi istehlak edildikdə xərçəng riskini azalda bilər.

Soğan suyu hormonal tarazlığı qoruyub saxlayaraq aybaşı pozuntularını aradan qaldırmağa kömək edir. Menstrual ağrıları aradan qaldırır və rahatlıq verir.

Soğan suyunun antimikrob xüsusiyyətləri sidik yollarının infeksiyalarına qarşı qoruyucu maneə yaradır. Sidik yollarının sağlamlığını dəstəkləyir və infeksiya riskini azaldır.

Qaynadılmış soğan suyunda sümükləri gücləndirən peptidlər var. Osteoporoz riskini azaldır və sümük sağlamlığını dəstəkləyir.

Soğan şirəsi menopoz zamanı qızdırma, yuxusuzluq və emosional dalğalanma kimi problemləri aradan qaldırır. Menopoz prosesini daha asan keçirməyə kömək edir.

Soğan suyu qan şəkərini balanslaşdırmağa kömək edərək diabet riskini azaldır. İnsulin müqavimətini azaldır və qan şəkərinə nəzarəti təmin edir.

Soğan suyu maddələr mübadiləsini sürətləndirir və yağların yandırılmasını artırır. Kilo vermə prosesini dəstəkləyir və sağlam çəki idarə etməyə kömək edir.

İnqilabi araşdırma: İflicli adam beyin implantasiyasından sonra iki fərqli dildə danışmağa başladı

İnqilabi araşdırma: İflicli adam beyin implantasiyasından sonra iki fərqli dildə danışmağa başladı

Soğan suyu orqanizmdə yığılan toksinlərin çıxarılmasını asanlaşdırır. Ödem əleyhinə təsiri ilə bədəni təmizləyir və özünüzü daha enerjili hiss edirsiniz.

Antioksidantlarla zəngin olan soğan suyu dərini təmizləyir və parlaqlıq verir. Qırışları azaldır və dərini daha gənc göstərir.

Xəbərdarlıq: Soğan suyunun faydaları elmi araşdırmalarla dəstəklənsə də, həddindən artıq istehlak bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Səhhətinizdə hər hansı problem varsa və ya dərman qəbul edirsinizsə, soğan suyu içməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ