ABŞ və İsrailin fevralın 28-də İrana hücumları başlayandan bəri 30-dan çox universitet hədəf alınıb, 60 tələbə ölüb.
Turkustan.az SNN TV-ə istinadən xəbər verir ki, b30-dan çox İran universitet bombardman edilib, 60 tələbə həlak olub".
Qeyd olunub ki, İranın elmi təsisatları hücumlara qarşı hökumətlə həmrəylik ifadə edir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb. /modern.az/