İran F-35 qırıcı təyyarələrini necə vurub? – Tarixdə İLK ola bilər


“F-35″lər radarlar qarşısında sanki bir “kölgə” kimidir. Lakin ortada fiziki bir reallıq var: onun nəhəng F-135 mühərriki. Təyyarə radarda görünməsə də, ən zəif nöqtələrindən biri güclü mühərrikin yaratdığı istilik izidir”.

Turkustan.az xəbər verir ki, bu barədə “GZT”nin paylaşımında qeyd olunub.

Bildirilib ki, “F-35” radar üçün çətin hədəf olsa da, onun mühərrikindən yayılan istilik tam gizlədilə bilmir:

“Məhz İran da hava məkanında uçan F-35-in bu istilik izinə taktiki olaraq fokuslanıb. Ənənəvi radarlar əvəzinə, göydəki istilik mənbələrini kilometrlərlə uzaqdan aşkar edən IRST — yəni infraqırmızı axtarış və izləmə sensorları işə salınıb. Sensorlar təyyarənin mühərrik istiliyinə kilidləndikdən sonra, hədəfə avtomatik yönələn elektro-optik və infraqırmızı tuşlamalı hava hücumundan müdafiə raketi buraxılıb”.

İddialara əsasən, istifadə olunan raketin İran istehsalı olan “yer-hava” tipli (məsələn, “Majid” kimi) infraqırmızı tuşlamalı sistem olması mümkündür:

“Bu cür raketlər hədəfin mühərrikindən yayılan istiliyi izləyərək ona yönəlir. Hadisə nəticəsində F-35-in vurulduğu, lakin məhv edilmədiyi bildirilir. Təyyarə zədələnsə də, ABŞ-a məxsus hərbi bazaya təcili eniş edib. ABŞ tərəfi hadisəni tam təsdiqləməyib, İran isə bunu uğur kimi təqdim edib”.

Qeyd olunur ki, əgər bu məlumat rəsmi şəkildə təsdiqlənsə, bu, “F-35″in real döyüş şəraitində ilk dəfə zərbə alması kimi tarixə düşə bilər:

“Hadisə həm də göstərir ki, “görünməzlik” texnologiyası radarları aldatsa da, infraqırmızı sistemlər qarşısında tam müdafiə təmin etmir”.

Xatırladaq ki, aprelin 3 və 4-də SEPAH hava hücumundan müdafiə sistemləri vasitəsilə İranın mərkəzində “F-35” qırıcı təyyarələrinin vurulduğunu iddia edib. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ