Mobil telefon beyində xərçəng yaradır? – ARAŞDIRMA


Britaniyalı və isveçli tədqiqatçılar mobil telefondan istifadə ilə xərçəngə tutulma arasında əlaqəni müəyyən etmək üçün genişmiqyaslı araşdırma aparıblar.

Turkustan.az xəbər verir ki, 17 il ərzində 250 min mobil telefon istifadəçisini izləyən elm adamları, smartfonların beyin şişi riskini artırmadığı qənaətinə gəliblər.

Araşdırma cib telefonlarından yayılan elektromaqnit dalğalarının beyin şişlərinə səbəb olması nəzəriyyəsini təkzib edib.

Tədqiqata rəhbərlik edən professor Mireille Toledano, araşdırma nəticələrinin ümidverici olduğunu bildirib.

Toledano yeni nəsil telefonların daha zəif elektromaqnit sahəsi yaratdığını bildirib.

Araşdırmada iştirak edən professor Paul Elliott bu araşdırmanın dünyada ən əhatəli araşdırma olduğunu və uzunmüddətli smartfon istifadəsinin beyin şişi riskini artırdığına dair heç bir dəlil tapa bilmədiklərini söyləyib.

Araşdırmanın nəticələri "Environment International" jurnalında dərc edilib. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ