TƏCİLİ: Tavuş qarışdı: erməni əhali polislə toqquşdu – VİDEO


Ermənistanın Tavuş vilayətində etiraz aksiyası davam edir.

Turkustan.az xəbər verir ki, etiraz aksiyası zamanı magistral yolu zorla bağlamağa çalışan nümayişçilərlə polis əməkdaşları arasında əlbəyaxa dava olub.

Qarşıdurma zamanı etirazçılar arasında xəsarət alanların olduğu bildirilir.

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan gərgin vəziyyəti yatırmağa çalışıb.

Qubernator Hayk Qalumyan etirazçıların yanına gələrək kənd sakinlərini radikal addımlardan çəkinməyə razı salmaq istəyib. Lakin ona qulaq asan olmayıb.

Xatırladaq ki, bu, ilk belə aksiya deyil. Bundan öncə də yerli əhali ilə hökumət qüvvələri arasında qarşıdurma olub. Hətta bu cür qarşıdurmalar paytaxt İrəvanda da yaşanır. İrəvanda Paşinyanın son gedişlərinə, sülhə doğru addımlar atmasına qarşı revanşistlərin və siyasi müxalifətin etirazları baş qaldırır. Hazırda Ermənistan qaynar qazana dönüb. Tavuş bölgəsindəki bu aksiyalar Qazaxın anklav olmayan kəndlərinin Azərbaycana qaytarılmasından sonra daha da intensivləşib.

/globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ