2022-ci ildə malyariya dünya üzrə 608 min insanın həyatına son qoyub


2022-ci ildə dünyada 249 milyon malyariya hadisəsi aşkar edilib. Xəstəlik 608 min insanın həyatına son qoyub.

Malyariya sürətlə can almağa davam edir.

Dişi anofel ağcaqanadlarının dişləməsi ilə ötürülən parazitin törətdiyi malyariya ÜST tərəfindən “müalicə edilə bilən və qarşısı alına bilən xəstəlik” kimi müəyyən edilmişdir.

"Malyyariya" olaraq da adlandırılan xəstəliyin simptomlarına qızdırma, titrəmə, baş ağrısı, yorğunluq, gözlərin və dərinin saralması, qıcolmalar və nəfəs almaqda çətinlik daxildir.

Builki Ümumdünya Malyariya Gününün mövzusu “Daha ədalətli dünya üçün malyariya ilə mübarizənin sürətləndirilməsi”dir.

Ümumdünya Səhiyyə Təşkilatının ötən ilin noyabrında dərc etdiyi “2023-cü il Dünya Malyariya Hesabatı”na əsasən, 2022-ci ildə dünyada 249 milyon malyariya hadisəsi aşkar edilib və 608 min insan xəstəlik səbəbindən dünyasını dəyişib.

Xəstəliyə ən həssas qrup olan 5 yaşa qədər uşaqlar dünya üzrə malyariyadan ölümlərin 76 faizini təşkil edir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ