“Qara Ölüm”dən sonra dünya üçün böyük TƏHLÜKƏ


Doğum nisbətlərinin kəskin azalması səbəbindən 14-cü əsrdə “Qara Ölüm” pandemiyasından sonra dünya əhalisi yaxın onilliklərdə ilk dəfə azalmağa başlayacaq.

Turkustan.az xəbər verir ki, bu barədə “Lancet” jurnalı dünya üzrə məhsuldarlıq üzrə araşdırmaya istinadən məlumat yayıb.

Məlumata görə, əhalinin artımını təmin etmək üçün 2021-ci ildə dünya üzrə doğum səviyyəsi 2,23 olduğu halda, hər qadına doğuş nisbəti 2,1 uşaq olmalıdır. Bununla belə, “Lancet”-dəki məqalənin müəllifləri bu dəyərdə sabit azalma tendensiyasını qeyd edirlər. Əgər 1950-ci ildə dünya məhsuldarlığı 4,84 idisə, 2050-ci ilə qədər onun 1,83, 2100-cü ildə isə 1,59 olacağı proqnozlaşdırılır.

2021-ci ildə dünya məhsuldarlığının liderləri Çad, Niger və Somali olub, burada müvafiq olaraq 6,99, 6,97 və 6,54 olub. Rusiya, Böyük Britaniya və ABŞ-da 2021-ci ildə doğum əmsalı müvafiq olaraq 1,48, 1,49 və 1,64 olub. Eyni zamanda, Rusiyada doğum səviyyəsinin 2050-ci ilə qədər 1,33-ə, 2100-cü ilə qədər isə 1,21-ə qədər azalacağı proqnozlaşdırılır.

Oksford Universitetinin əhali elmləri üzrə direktoru Melinda Mills deyib ki, əhalinin azalması və qocalması tendensiyaları cəmiyyətin əsas elementlərinin “yenidən təşkilini” tələb edəcək.

“Bu, ərzaq təhlükəsizliyindən başlayaraq ölkələrin infrastrukturuna qədər təsir edir. Əhali strukturu məktəblər, mənzil, nəqliyyat, səhiyyə və pensiya kimi infrastruktura da təsir göstərir”, - Mills bildirib.

Tədqiqatın həmmüəlliflərindən biri, Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutunun (IHME) aparıcı tədqiqatçısı Natalia Bhattacharjee əhalinin azalması səbəbindən “miqrantlar üçün rəqabət” barədə xəbərdarlıq edir.

O, “Lancet”- in xülasəsində sitat gətirir: "İqtisadi artımı dəstəkləmək üçün miqrantlar üçün gərgin rəqabətin olacağı bir mühitdə miqrasiya ilə bağlı problemlərin qlobal şəkildə tanınması daha da vacib olacaq". /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ