NATO təyyarələri hərəkətə keçdi


Hipersonik “Xinzal” raketinin atıldığı hücum NATO ölkəsini şoka salıb və Krım boyunca strateji obyektlər kamikadze silahlı pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.

Turkustan.az xəbər verir ki, Rusiyanın Ukraynanı işğalı artıq iyirmi səkkizinci ayına qədəm qoyub və Kiyev administrasiyasının müttəfiqi olan ABŞ 6 milyard dollar dəyərində yeni silah paketi təqdim etməyə hazırlaşır.

Müharibə boyu birdən-birə Ukraynaya çatdırılacaq ən böyük paket olan hərbi yardıma Patriot hava hücumundan müdafiə sistemlərinə aid raketlər də daxildir . Lakin Kiyev administrasiyasının aylardır tələb etdiyi “Patriot” buraxılış meydançalarının paketə daxil edilib-edilməyəcəyi hələlik məlum deyil.

Cəbhə xəttində cümə günündən şənbə gününə keçən gecə qarşılıqlı raket və kamikadze dron döyüşlərinin şahidi olub. Rusiya işğal ordusu Ukrayna torpaqlarını raketlərlə bombalayıb və ölkəni elektrik enerjisi ilə təmin edən sonuncu bənddə yerləşən 4 elektrik stansiyası zədələnib. Kütləvi raket hücumu nəticəsində bütün Ukraynada elektrik enerjisi kəsilib.

Enerji infrastrukturunu hədəf alan hücumlar Rusiya ordusunun 2022-ci ilin payızından bəri tez-tez istifadə etdiyi bir taktikadır.

Rusiya ordusunun atdığı raketlər arasında hipersəsli “Kinjal” (Xəncər) və “İsgəndər” qanadlı raketləri də var. Ukraynalılar 34 raketdən 21-ni vurduqlarını açıqlayıblar.

Rusiya raketlərinin vurduğu Lvov və İvano-Frankivsk vilayətləri Ukraynanın qərbində və cəbhə xəttindən yüzlərlə kilometr aralıda yerləşir.

Ukraynanın qərb qonşusu Polşada raket hücumu zamanı döyüş təyyarələrinə təcili havaya qalxmaq əmri verilib . NATO üzvü Polşa da öz rəsmi bəyanatında alyans təyyarələrinin də təcili olaraq havaya qalxması barədə məlumat paylaşıb.

Ukraynanın Rusiya raketlərini dayandırmaq üçün atdığı hava hücumundan müdafiə sistemi raketlərinin hissələri əvvəlki aylarda Polşa ərazisinə düşmüş, nəticədə itkilər olmuşdu.

Mart ayında Rusiya ordusunun atdığı raket Polşa hava məkanından 39 saniyə keçib. Hadisə gecə saat 04.23-də baş verib və F-16 döyüş təyyarələri raketin radarda görünüb itməsindən sonra havaya qalxıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ