Yarasalarda yeni virus aşkarlandı


Dünyada 7 milyona yaxın insanın ölümünə səbəb olan Covid-19 xəstəliyinin mənbəyi olan koronavirus 2019-cu ildə Çinin Uhan şəhərindən yayılıb. Koronavirusun yarasalardan yayıldığı və laboratoriyadan sızdığı iddia edilib.

Turkustan.az xəbər verir ki, Vuhandakı laboratoriyada epidemiyaya başladığı deyilən mübahisəli təcrübələri maliyyələşdirən İngilis zooloq Dr. Peter Daszak, Taylandda yarasalarda yeni bir virus aşkar etdiklərini açıqlayıb.

Nyu-Yorkda yerləşən "EcoHealth Alliance" tədqiqat təşkilatının prezidenti Dr. Daszak Ümumdünya Səhiyyə Təşkilatının konfransında deyib: “Yarasalarda yeni kəşf etdiyimiz bu virus, insanlara yoluxmaqda koronavirus qədər güclü potensiala malikdir. “Biz dünyanı gələcək pandemiyalara hazırlamaq üçün araşdırmalar aparırıq.”

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ