TƏCİLİ! Bakıda ağır yol qəzası - Hadisə yerindən GÖRÜNTÜLƏR


Bakının Nizami rayonu, Heydər Əliyev prospektində, kənar yolda yol-nəqliyyat hadisəsi baş verib.

Turkustan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd olunub ki, qəza səbəbindən əsas və kənar yolda hər iki istiqamətdə sıxlıq yaranıb.

"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində yaralananlar var.

Hadisənin görüntülərini təqdim edirik:

/yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ