İsraildə yeni hökumətin formalaşdırılması istiqamətində aparılan danışıqlarda razılıq əldə olunmayıb.
Turkustan.az xəbər verir ki, bu barədə yerli media yazıb.
Bildirilib ki, Baş nazir Benyamin Netanyahu ilə hökuməti qurmaq mandatını alan Qadi Ayzenkot birlik hökuməti yaratmaq məqsədilə keçirdiyi görüş nəticəsiz yekunlaşıb.
Təxminən iki saat davam edən müzakirələrdən sonra Ayzenkot Netanyahunun birlik hökuməti təklifini qəbul etməyib.
Məlumata görə, Netanyahu daha əvvəl rotasiya mexanizmini nəzərdə tutan təklif irəli sürüb. Həmin varianta əsasən, ilk mərhələdə baş nazir postunu Ayzenkot tutmalı, Netanyahu isə onun müavini olmalı idi. Netanyahu bu təklifi İsrailin qarşılaşdığı ciddi təhlükələr fonunda geniş siyasi dəstəyə malik hökumətin yaradılmasının vacibliyi ilə əsaslandırmışdı.
Ayzenkot isə hökuməti öz siyasi tərəfdaşları ilə birlikdə formalaşdırmağa üstünlük verir.
Qeyd edək ki, oktyabrın 27-də keçirilən seçkilərdən sonra İsrail parlamentində heç bir siyasi blok hökumət qurmaq üçün zəruri olan 61 mandatı əldə edə bilməyib. Bu səbəbdən ölkədə koalisiya danışıqları davam edir./Globalinfo.az