Trampın qızıl mükafatı ƏLİNDƏN ALINIR - ŞOK QƏRAR


Beynəlxalq Futbol Federasiyası (FIFA) 2025-ci ilin noyabrında təsis edilmiş sülh mükafatının ləğvi və ya onun formatının tamamilə dəyişdirilməsi imkanlarını nəzərdən keçirir.

Turkustan.az xəbər verir ki, “The New York Times” qəzetinin üç yüksəkvəzifəli futbol funksionerinə istinadən yaydığı məlumata görə, mükafatın saxlanılmasının məqsədəuyğunluğu məsələsi artıq sosial məsuliyyət üzrə xüsusi komitənin müzakirəsinə verilib.

Mənbələrin bildirdiyinə görə, konsepsiyaya yenidən baxılması FIFA prezidenti Canni İnfantinonun ABŞ prezidenti Donald Trampla yaxın münasibətlərinin artan tənqidi, eləcə də gələcəkdə dünya liderlərindən və ya ictimai xadimlərdən kimin bu mükafatı qəbul etməyə razılaşacağına dair şübhələrlə bağlıdır.

Mükafatın ilk və hələlik yeganə sahibi elə Trampın özü olub. İnfantino 2025-ci il dekabrın 5-də Vaşinqtonda keçirilən dünya çempionatının püşkatma mərasimi zamanı ona şəxsən qızıl kubok və medal təqdim edib.

Attachment

“Ötən ilin dekabrında Vaşinqtondakı püşkatmada təqdim edilən mükafat legitimliyə malik deyildi və FIFA-nın nizamnamə və reqlamentlərində heç bir əsası yox idi”, - deyə Norveç Futbol Federasiyasının rəhbəri Lize Klaveness bildirib.

Oktyabr ayında Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) da qalmaqallı mükafatlandırmanı ayrıca qeyd edərək, İnfantinonun Trampla əlaqələrinin xarakterinə aydınlıq gətirilməsi tələbi ilə FIFA-ya məktub göndərib.

Komitənin tövsiyəsinin dekabrın ortalarında Qətərdə keçiriləcək FIFA Şurasının iclasına çıxarılacağı gözlənilir. Mükafatın tam ləğvinə alternativ olaraq onun siyasiləşdirilmədən çıxarılması və müstəsna olaraq futbolun inkişafına verilən töhfəyə görə təqdim olunan mükafata çevrilməsi müzakirə olunur.

/Musavat.com


MANŞET XƏBƏRLƏRİ