ABŞ-ın kəşfiyyat təyyarəsi Rusiya sərhəddində


ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayətinin sərhədləri boyunca uçuş həyata keçirib.

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, “Bombardier Artemis II” tipli təyyarə noyabrın 29-da Rumıniyanın Konstansa şəhərindəki hərbi hava limanından havaya qalxıb və şimala doğru hərəkət edib.

Uçuş məlumatlarına əsasən, təyyarə saat 13:00-dan 17:20-dək Kalininqrad vilayətinin sərhədləri boyunca dövrə vuraraq patrul uçuşu həyata keçirib. ABŞ-ın “Leidos” şirkəti tərəfindən radar kəşfiyyatı üçün xüsusi təchiz edilən təyyarənin əsas vəzifəsi radiolokasiya məlumatlarının toplanmasıdır.

Məlumata görə, bu təyyarə əvvəllər də Kalininqrad ətrafında və Krım yaxınlığında kəşfiyyat uçuşları həyata keçirib. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ