Rusiya ordusu Ukraynada daha bir yeri ələ keçirdi


Rusiya Müdafiə Nazirliyi Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovo rayonunda yerləşən Kolomiytsı yaşayış məntəqəsinin Rusiya qoşunlarının nəzarətinə keçdiyini açıqlayıb.

Hərbi qurumun “Max” platformasında yaydığı məlumatda bildirilir ki, “Vostok” qoşun qruplaşmasının bölmələri bu əraziyə nəzarəti ələ keçirib./modern.az


MANŞET XƏBƏRLƏRİ