Moskvada Türkiyənin səfirliyinin binasında yanğın baş verib.
Turkustan.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, hadisə 7-ci Rostov döngəsində qeydə alınıb. Yanğın binanın diplomatik nümayəndəliyin əməkdaşları üçün nəzərdə tutulmuş mənzillərin yerləşdiyi ikinci mərtəbəsində başlayıb. İlkin məlumata görə, otaqlardan birində mebel yanıb.
Ümumilikdə binadan 20 nəfər təxliyə edilib./publika.az