Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Məlumata görə, imtahan iştirakçıları arasında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.