İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının yenidən açıldığını elan edib.
Turkustan.az xəbər verir ki, Əraqçi bildirib ki, boğaz Livandakı atəşkəsə paralel olaraq açıq qalacaq və artıq ticarət gəmilərinin keçidinə icazə verilir.
Nazir rəsmi X hesabında paylaşım edərək qeyd edib: “Livandakı atəşkəsə paralel olaraq, İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən müəyyən edilmiş əlaqələndirilmiş marşrut üzrə bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi atəşkəs qüvvədə qaldığı müddətdə tam açıq elan olunub”.
ABŞ və İsrailin hücumlarından sonra Hörmüz boğazını bağlayan İran, qlobal neft ticarətinin təxminən dörddə birinin həyata keçirildiyi bu strateji marşrutu yenidən açıb. Nəticədə neftin qiyməti təxminən 110 dollardan 90 dollara enib.
Hörmüz boğazının açılması bazarlarda tarazlığı dəyişdirib və qızılın qiymətində artım müşahidə olunub. Bu qərardan sonra spot bazarda bir qram qızılın qiyməti təxminən 220 ABŞ dollarını keçib.
Aytən Yaşar/ Turkustan.az